Ceyhun Bayramov Antalyada Sergey Lavrovla görüşdü - YENİLƏNİB + FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında Antalyada görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki nazirlərin görüşündə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub.
In the margins of @AntalyaDF, @Bayramov_Jeyhun, FM of the Republic of #Azerbaijan met with Sergey Lavrov, FM of the Russian Federation.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) March 1, 2024
Bilateral and multilateral cooperation agenda between ????????-???????? and the post-conflict situation in the region were among the issues discussed. pic.twitter.com/X3S5uQhPJ3
15:12
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir.
APA-nın verdiyi xəbərə görə, Ceyhun Bayramovla Sergey Lavrovun görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla da görüşüb.