Lavrov: “Azərbaycan tərəfi üçtərəfli razılaşmalardakı məsələlərin həllinin tərəfdarı olduğunu təsdiqləyir”
“Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üçtərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər”.
“Report”un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır.
“Münasibətlərdə inkişaf hər iki ölkə rəhbərliyinin üçtərəfli razılaşmalarda olan öhdəliklərin yerinə yetirməsindən asılı olacaq”, - XİN başçısı deyib.