Ermənilər Tiflisdəki səfirliyimiz qarşısında aksiya keçirməyə cəhd etdilər
Erməniləri səfirliyimiz qarşısında yerləşdirilən "Dəmir yumruq" baneri qıcıqlandırıb
Bu gün, günorta saatlarında polis paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünün qarşısını alıb.
Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.
Məlumat üçün bildirək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi binasının önünə, səfirlik tərəfindən böyük ölçüdə "Dəmir yumruq" baneri yerləşdirilib.