İranda qadın etirazlarında “diktatora ölüm” şüarı səsləndirildi

İranlı aktrisa hicabını açdı

 

Bir neçə gün öncə Tehranda Əxlaq Polisi tərəfindən hicaba görə vəhişəsinə döyülərək komaya salınan və həyatını itirən Məhsa Əmini adlı 22 yaşlı günahsız qızın qətlinə etiraz edən qadınlar baş örtüklərini çıxararaq “Xameneyiyə ölüm olsun!”, “Diktatora ölüm olsun!” şüarları səsləndiriblər.

Eyni zamanda, Məhsanın qətlinə etiraz edən iranlı aktrisa hicabını açdı.

İranın kino aktrisası Şəbnəm Fərşadcu sosial mediada strory paylaşaraq bildirib ki, bir neçə gün öncə Tehranda 22 yaşlı gənc qadın Məhsa Əminin əxlaq polisi tərəfindən hicab bəhanəsilə qətlə yetirilməsinə etriaz olaraq, İran qanunlarına qarşı çıxaraq öz hicabını açıb.