Nikolay Patruşev: “NATO təlimlərində Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”

“NATO qüvvələrinin Avropada davam edən təlimləri zamanı Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Patruşevin sözlərinə görə, bu təlimlər gərginliyi artırır və dünyada sabitliyi pozur.

“Alyans yeni müharibələrə hazırlaşır”, - deyə o qeyd edib.

Mənbə: TASS