Laçın sakini: “Üç yaşımdan çıxdığım torpağa indi qayıdıram” - VİDEO
Laçın rayonunun Zabux kəndində 223 ev yenidən tikilərək istifadəyə verilib.
Hazırda isə bu kənddə 211 ailə yaşayır.
Zabuxa ilk köçənlərdən biri də Birinci Qarabağ müharibəsi şəhidi Ədalət Məmmədovun oğlu Ziyadxan Məmmədovun ailəsidir.
Yeddi aydır ki, burada məskunlaşan Ziyadxan üç yaşından didərgin düşdüyü yurduna 34 yaşında qayıdıb.
Ziyadxanın anası Qərənfil Məmmədova isə bildirib ki, evləri Həkəri çayı yaxınlığında olub.
İndi isə nə o evdən, nə də o yurddan əsər qalıb.
Ətraflı “AzTV Xəbər”in süjetində: