Gürcüstanda qeyri-gürcüdilli məktəblərdə ana dilinin dərs saatları azaldılıb

 

Gürcüstanda fəaliyyət göstərən qeyri-gürcüdilli (azərbaycandilli, ermənidilli, rusdilli) məktəblərdə ana dilinin həftəlik dərs saatlarına dəyişiklik edilib. 24News.ge xəbər verir ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenikeli, 19 avqust 2022-ci il tarixində "Milli təhsil planının təsdiq edilməsi ilə bağlı" qərara dəyişikliklə bağlı sərəncam imzalayıb. Milli tədris planına edilən dəyişikliyə əsasən qeyri- gürcüdilli məktəblərdə ana dili həftədə maksimum 5, minimum 3 saat tədris edilə bilər. Bildirlir ki, qeyri-gürcüdilli məktəblərdə ikinci xarici dilə məktəb həftədə iki dərs saatı ayırarsa, bu zaman ana dili maksimum həftədə 3 dəfə tədris edilə bilər. Bu isə məcburi olaraq ana dilinin tədris sayının azalmasına gətirib çıxarıb. Məlumat üçün bildirək ki, 2021-ci ilin tədris planında qeyri-gürcüdilli məktəblərdə ana dilinə yuxarısı siniflərdə minimum 4, maksiumum 5 saat vaxt ayırlmışdır.