İrpində ən böyük məktəb Zərifə xanımın adını daşıyır
"Dağılmış məktəbi təmir edən Azərbaycan bizə böyük humanitar yardım göstərdi"
“İrpin şəhəri Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin təmirində göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq. Azərbaycan Ukraynaya, eləcə də İrpinə ən çətin vaxtlarda yardım edib”.
Bunu "Report"a açıqlamasında İrpin şəhərinin meri Aleksandr Markuşin deyib.
Onun sözlərinə görə, Azərbaycanla İrpinin uzun illərdir ki, dostluq münasibətləri var: “Şəhərimizdə Zərifə Əliyevanın adına park, Zərifə xanımın abidəsi var. Üstəlik, əsas küçələrimizdən biri, hətta ən böyük məktəbimiz Zərifə xanımın adını daşıyır. Dostluğumuzu real addımlarla təsdiqlədik. Rusiya tərəfinin hücumu nəticəsində məktəbə ziyan dəyib. Partlayış nəticəsində məktəbin idman zalı, mərkəzi korpusu və dam örtüyü dağılıb, bütün şüşələr sındırılıb.
Azərbaycan tərəfi bizə böyük dəstək verdi və təhsil ocağının təmirini öz üzərinə götürdü. Dağılmış məktəbi təmir etdirən Azərbaycan şəhərimizə böyük humanitar yardım göstərdi. bununla da Azərbaycan təkcə Ukraynanın deyil, həm də “qəhrəman şəhər” İrpenin böyük dostu olduğunu göstərdiSentyabrın 1-ə kimi şəhərimizin ən böyük məktəbinin təmir olunaraq istifadəyə verilməsinə görə öz adımızdan, şəhər sakinləri adından Azərbaycanın Ukraynadakı səfiri SOCAR-a və Azərbaycan diasporuna minnətdarlığımızı bildiririk. Siz Ukraynanın, şəhərimizin əsl dostlarısınız”.
Məktəbin direktoru Valentina Antonenko göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib: “Müdrik dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyevə nadir hədiyyəyə görə öz adımdan müəllimlər, valideynlər, şagirdlər adından səmimi minnətdarlığımı bildirirəm. -Azərbaycan xalqının dahi qızı, böyük oğlunun ulu anası Zərifə xanım Əliyevanın adını daşıyan məktəbimizin dirçəlişi. Hörmətli Prezident, bu qiymətsiz hədiyyəyə görə Sizə minnətdaram və qarşısında baş əyirəm. Çünki uşaqlarımızın indi öz məktəblərində təhsil almaq imkanı var. Sizə möhkəm cansağlığı, firavanlıq və gözəl ölkənizə əmin-amanlıq arzulayıram. Elçin Məmmədovun rəhbərliyi ilə məktəbimizin yüksək səviyyədə təmirinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, SOCAR Energy Ukraine şirkətinə xeyriyyəçilik missiyasına görə ürəkdən təşəkkür edirik”.