Arye Qut ağır və uzun sürən xəstəlikdən sonra vəfat etdi

Azərbaycan xalqının böyük dostu, siyasi ekspert Arye Qut ağır və uzun sürən xəstəlikdən sonra vəfat edib.

Beynəlxalq münasibətlər sahəsi üzrə ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arie Qut bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Arye Qut həyatını Azərbaycan ilə İsrail arasında əlaqələrin möhkəmləndirilməsinə həsr edib. Allah rəhmət eləsin!