Günün əsas xəbərləri



 Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının rəhbərləri sərhəddə vəziyyətin sabitləşdirilməsi və iki ölkə arasında sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin məlumatına görə, sərhəddə vəziyyət nisbətən sabitdir. Sərhəd xidmətinin bölmələri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
                            ***
 Türkiyənin “Is Bankası” və “DenizBank” bankları Rusiyanın “Mir” ödəniş sistemi ilə əməkdaşlığı dayandırıb. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyadan kənarda “Mir”in istifadəsini dəstəkləyən şirkətləri sanksiyalarla hədələmişdi. Xatırladaq ki, Aİ də Türkiyəyə təzyiqi artırmaq niyyətini ifadə etmişdi, çünki Rusiyanın ödəniş sistemi Qərb sanksiyalarından yan keçməyə imkan verir.
                        ***
 Aİ ölkələrinin xarici işlər nazirləri Ukraynaya hərbi yardım göstərmək üçün xüsusi missiyanın yaradılması mövzusunu müzakirə ediblər, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib. Görüş Nyu-Yorkda, qeyri-rəsmi formatda baş tutub. Diplomatın sözlərinə görə, missiya ilə bağlı qərar Aİ xarici işlər nazirlərinin oktyabrda keçiriləcək iclasında qəbul edilə bilər.
                            ***
 Dünyanın ən avtoritar ölkələrindən biri olan Ekvatorial Qvineya prezidenti yeni cinayət məcəlləsini imzaladıqdan sonra ölüm hökmünü ləğv edib. "Amnesty International"ın məlumatına görə, bu ölkədə sonuncu rəsmi edam 2014-cü ildə həyata keçirilib, lakin beynəlxalq təşkilatlar və BMT müntəzəm olaraq mövcud rejimi zorla yoxa çıxmalarda, həbslərdə və işgəncələrdə ittiham edir.
                     ***
 Türkiyə Rusiya ilə taxıl müqaviləsinin şərtlərinin uzadılması üzərində işləyir. Ankara öz şərtlərinin saxlanmasının tərəfdarıdır. Taxıl sövdələşməsi Ukrayna taxılının Odessa vilayətinin limanlarından ixracının mümkünlüyünü nəzərdə tutur. İyul ayında Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə bağlanılıb, müddəti noyabrda başa çatır. Razılaşmalar çərçivəsində Qərb ölkələri Rusiya gübrələrinin ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır.
                        ***
 Kanadanın baş naziri Castin Trudo ölkəsinin Britaniya tacı ilə yaxın vaxtlarda əlaqələrini kəsməyəcəyini bildirib. "Sistemimizdə yaxşı bir tarazlıq var ki, hansıki kanadalılara yaxşı xidmət etməyə davam edəcək", - Trudo deyib.