Fransa təəssüflənməklə kifayətləndi
“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.
Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
“Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”, – məlumatda deyilir.