Qazaxda Gürcüstan səfirliyinə məxsus avtomobil aşıb: Xəsarət alanların kimlikləri AÇIQLANDI - YENİLƏNİB
Qazaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri məlum olub.
“Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar - 1955-ci il təvvəlüdlü Malkhaz Khulordava və 1956-ci il təvvəlüdlü Todua Yalidir.
Qeyd edək ki, Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb. “Lexus” markalı avtomobilin idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
21:44
Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.
“Report”un məlumatına görə, “Lexus” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb.
Onlar xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.