Alla Puqaçova da "vətən xaini" çıxa bilər
Moskva vilayətinin bir əadın sakini Primadonna Alla Puqaçovanin sosial şəbəkədəki postunu oxuduqdan sonra əri Maksim Qalkindən ardınca onu da xarici agent kimi tanımaq xahişi ilə prokurorluğa müraciət edib.
Putinin dəlisov pərəstişkarınin ərizəsinə görə, indi sənətçi haqqında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılacaq.
Qeyd edək ki, Alla Puqaçovanın əri Maksim Qalkin xaricdə yaşayir və oradan Ukraynaya dəstək ifadə edən fikirlər söyləyir, postlar paylaşır. Ona görə də M.Qalkin Rusiyada arzuolunmaz şəxs kimi tanınır, bəziləri onu "vətən xaini" adlandırır.