Putin Zelenski ilə danışıqlara hazırdır!

Rusiya Zelenski ilə Putin arasında birbaşa danışıqlara hazır olduğunu bəyan etdi, - bu barədə CNN Türk xəbər verir.

Nəşrin məlumatına görə, Putin avqustun 5-də Ərdoğanla danışıqlara eyham vurub ki, Zelenski ilə görüşə bilər.

"Hazırkı şəraitdə müharibəni dayandırmaq üçün Rusiya tərəfi bəyan edib: “Birincisi, liderlər yol xəritəsini müzakirə edib müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsinin həyata keçirilməsi üzərində işə başlaya bilərlər"”, - deyə telekanal qeyd edib