Sari şəhərində etirazçılar Xomeyni və Xameneyinin şəkillərini yerə atıblar
İranın Sari şəhərində etirazçılar Xomeyni və Xameneyinin şəkillərini bələdiyyə binasından yerə atıblar.
Sosial şəbəkələrdə yayılan videoda nümayişçilərin hökumət binasının divarlarında Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini sökdüyü, izdihamın isə onları alqışladığı görünür. Videoda “Sağ ol, sağ ol, arzumuzu gerçəkləşdirdin!” deyən qadın səsi eşidilir.