NATO-nun baş katibi Yens Stoltenberq martın 17-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb. Stoltenberq martın 17-də Bakıda Prezident İlham Əliyevlə, 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla müzakirələr aparacaq. Həmin gün Stoltenberq Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək. Həmin gün Kobaxidze və Stoltenberqin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək. Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. Məlumata əsasən, görüşdən sonra NATO-nun baş katibi Ermənistanın baş naziri ilə mətbuata birgə bəyanatla çıxış edəcəklər.