Siyam əkizləri - Nar və Çin eyni vaxtda "xəstələndi"
“Nar Mobile”və “Bakcell” mobil operatorunun müştəriləri bu gün problemlə qarşılaşıblar.
Bu barədə istifadəçilər sosial şəbəkə hesablarında məlumat veriblər.
Bildirilir ki, internet və dalğa tamamən yoxa çıxıb. Abonentlər bir-birilərinə zəng edə və ya zəngləri qəbul edə bilmirlər.
Hər iki şəbəkədə başlayan nasazlıq hələ də davam edir.20:38:55
Bakcell və Nar operatorları şəbəkədə yaranan problemin texniki nasazlıqla bağlı olduğunu bildirib.
Hər iki şirkət problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını açıqlayıb.
Qeyd edək ki, biz əvvəlki yazılarımızda da vurğulamışdıq ki, siyam əkizlərinə bənzəyən bu iki mobil operator şəbəkəsinin adları başqa olsa da, hər ikisi bir mərkəzdən idarə edilir. Hətta, bir çox hallarda hər iki şirkətb eyni texniki vasitələrdən yararlanır. Məhz bu səbəbdən də hər iki mobil operatorda texniki problem eyni vaxtda yaranır.