Azərbaycan Prezidenti: “Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik”
“Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib.
“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, - deyə dövlətimizin başçısı vurğulayıb.