MEDİA Agentliyinin dəstəklədiyi saytlar ehtimadı doğrultmur - idda.
"39 onlayn media subyektinə göstərilən dəstək bəzilərində dayandırılıb, bəzilərinə ciddi xəbərdarlıq edilib, bəzilərinə isə maliyyə sanksiyaları tətbiq edilib.
Lakin biz bununla bağlı ictimaiyyətə məlumat vermədik və həmin redaktorlarla söhbət etdik. Agentliyin rəhbərliyi düşündü ki, saytlara edilmiş xəbərdarlıqla bağlı cəmiyyətə məlumat verməyimiz onların reputasiyasına təsir göstərə bilər.
Monitorinqin gedişi barəsində, yalnız bizdən dəstək alan media subyektlərinin özlərini məlumatlandırırıq".
Bu fikirlər bilirsiz kimə aiddir?
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədliyə aiddir.
Bu hal MEDİA-nın fəaliyyətinin şəffavlığını şübhə altına alır.
Belə çıxır ki, bunların məqsədi özlərinin müəyyənləşdirdiyi saytları qorumaqdır.
Özləri təsdiqləyirlər ki, İlham Əliyevin sərəncam ilə yaradılmış Agentlik bir neçə nəfərin müəyyənləşdirdiyi 39 media subyektinə xidmət göstərir, özləri üçün yaradılıb, onlar üçün işləyirlər. Ancaq bu saytların reputasiyasını qoruyurlar.
Cəmiyyətdən informasiya gizlədən qurumun fəaliyyəti isə dərhal yoxlanmalıdır.
Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov monitorinq məlumatlarını ictimaiyyətdən gizlədib.
İlham Əliyevin mətbuat günü jurnalistləri təbrikində belə cümlə var idi - "...mətbuat vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməlidir".
Buyurun, hörmətli yoxlama aparan qurumlar, yoxlayın, araşdırın, ictimaiyyətə məlumat verin. Bu məlumatları bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki büdcə həm də vətəndaşların verdiyi vergi ilə formalaşır.
Dövlət büdcəsindən mətbuat üçün ayrılan vəsait hara xərclənib?
Ayda 3 min manat alan hansı redaksiya puldan düzgün və səmərəli istifadə etməyib?
Bu neçə ay davam edib və həmin pullar hara xərclənib?
Bundan böyük faktmı istəyirsiz?
Əhməd İsmayılovun işi 39 saytın reputasiyasını qorumaq, düşünmək deyil. Qoy hər bir baş redaktor öz saytının, media subyektinin reputasiyasını düşünsün.