SOCAR-da kreslo bölgüsü davam edir
Uzun illər SOCAR-da vahid rəhbərin olması və gözlənilmədən prezident dəyişikliyi edildikdən sonra dövlət şirkətində əcaib-qəraib proseslər başlayıb. SOCAR-ın yeni rəhbərliyi kimə arxalanırsa, Azərbaycan qanunvericiliyini çəkinmədən ayaqlar altına salıb, taptalayır. Nə Əmək Məcəlləsinə məhəl qoyan var, nə pensiya qanunvericiliyinə diqqət yetirən var...
İndi də SOCAR rəhbərliyinin başı kadir təyinatına elə qarışıb ki, dəvəquşunun gününə düşüblər -başların soxublar köla, özləri heç nəyi görmür deyə, elə bilirlər heç kim də bunları görmür.
Belə ki, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin həyat yoldaşı Aygün Hacıyevanın SOCAR-ın prezidentinin müşaviri təyin olunduğu deyilir. Rövnəq Abdullayevdən sonra yeni gələnlərin qohumları SOCAR-da vəzifə bölüşdürürlər, nepotizm "islahat"ı davam edir...