Qaz sektorunda Rusiya hökmranlığının sonu çatdı

Polşa ildə 10 milyard kubmetr ötürmə qabiliyyətinə malik Baltik Borusu qaz kəmərini açlışına hazirlasır. Bu Avropanın qaza olan tələbatının 5 faizini təşkil edəcək.

"Baltic Pipe" qaz kəməri Norveç qazını Danimarka və Polşa bazarlarına, eləcə də qonşu ölkələrin son istifadəçilərinə çatdıracaq.

Onun istifadəyə verilməsi bu il oktyabrın 1-nə planlaşdırılıb, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

"Bu gün biz tam əminliklə deyə bilərik ki, Rusiyanın qaz sektorunda hökmranlığı erası başa çatır. Şantaj, təhdid və qəsb ilə yadda qalan dövr artıq tarixə çevriləcək", - o deyib.