Qazaxıstanda iki çay daşdı, yaşayış məntəqələri su altında qaldı - VİDEO

Qazaxıstanın Uralsk şəhərində Çağan və Derkul çayları təhlükəli həddi keçib, nəticədə ətraf qəsəbələr su altında qalıb.

Bu barədə Qərbi Qazaxıstan vilayətinin administrasiyasından bildirilib.

Məlumata görə, sakinlər təxliyə olunublar.

“Derkulda suyun səviyyəsi 708 sm-ə çatıb. Təhlükə səviyyəsi isə 600-650 sm-dir. Çağan çayının səviyyəsi 1264 sm olub. Bundan əlavə, bu gün Ural çayının səviyyəsi 583 sm olub”, - deyə yerli hökumətdən vurğulanıb.

Xilasedicilər Samal və Vaqonnik yaşayış massivlərində fövqəladə halların xəbərdar edilməsi və sakinlərin təxliyəsini həyata keçirirlər. Bundan başqa Aktobe yaxınlığındakı kəndlərdə də təxliyə başlayıb.

Qeyd edək ki, Qazaxıstanda bir həftəyə yaxındır ki, davam edir. Aktobedə uçuş-enmə zolağının su basması səbəbindən yerli hava limanı bağlanıb, Uralskda isə hökumət binası (şəhər administrasiyası - red.) su altında qalıb.

Uralskın Kokşetau şəhərində, Arkalık və Kostanay vilayətinin iki rayonunda fövqəladə vəziyyət elan edilib.

Mənbə: Kz.kursiv.media