Türkiyədə erməniəsilli şəxs qubernator oldu


Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs qubernator olub.

“Hürriyet” xəbər verir ki, bu, Denizli bölgəsinin Babadağ vilayətinə rəhbərlik edəcək 27 yaşlı Berk Acardır.
B. Acar özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməniəsilli şəxs qubernator vəzifəsinə təsdiqlənib.