Konqo prezidenti Azərbaycana gəlib
Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana gəlib.
Onun prezident İlham Əliyev və digər rəsmilərlə görüşləri gözlənir.
Hazırda Konqo Respublikası kimi tanınan ərazi 1880-ci illərdən 20-ci əsrin ortalarınadək Fransanın müstəmləkəsi olub. 1960-cu ildə Konqo Respublikası müstəqilliyini elan edib.
Son vaxtlar Azərbaycan və Fransa arasında münasibətlərdə gərginlik müşahidə edilir.
Fransa rəsmiləri Bakını etnik, insan hüquqları ilə bağlı pozuntularda, Azərbaycan rəsmiləri isə Parisi bır sıra Afrika xalqlarına münasibətdə istismarçılıqda günahlandırırlar.