Örüş sahəsində təyinatını dəyişdirən şirkətə "yaşıl işığı" kim yandırıb? - VİDEO

Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə yaxın ərazidə yerləşən, eyni zamanda rayonun Borsunlu kənd bələdiyyəsinin balansında olan örüş sahələri, hal-hazırda "Aqro SAR" MMC tərəfindən qeyri-qanuni olaraq əkilir. Ona görə qeyri-qanuni deyirik ki, adı çəkilən bu şirkərin Borsunlu bələdiyyəsi ilə icarə müqaviləsi olsa da, örüş sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qadağandır. Yəni, işlər təyinatı üzrə aparılmır. Görəsən  aidiyyəti dövlət qurumları, xüsusilə də Əmlak Məsələləri Dövlət Xidməti  hara baxır ki, qeyd olunan ərazidə bu cür qanunsuzluqlar tüğyan etməkdədir? Araşdırmalarımız davam edəcək. Daha ətraflı növbəti yazımızda izləyə bilərsiniz.