Səfir Azərbaycanın bərpa olunan enerji potensialından danışdı
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann:
“Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensial var və ölkə bu sektorda iştirakını yenicə artırmağa başlayır. Almaniya bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi sahəsində böyük və uzunmüddətli təcrübəyə malikdir. Bu ilin birinci yarısında Almaniyada elektrik enerjisinin təxminən 50%-i bərpa olunan mənbələrdən əldə edilib. Almaniya hökuməti bu göstəricinin daha da artırılmasında çox maraqlıdır. Bərpa olunan enerji istehsalı və ətraf mühitin mühafizəsi sahəsində ixtisaslaşan bir çox şirkətlərimiz var ki, onlar Azərbaycana öz təcrübələrini ötürə, xüsusən də külək, günəş enerjisi və yaşıl hidrogen sahəsində təcrübə qazandıra bilərlər. Açıq layihələr və tenderlər olarsa, Almaniya şirkətləri bu imkanları nəzərdən keçirəcək. Təbii ki, imkanlar yaxşı olarsa, şirkətlər investisiya qoyacaq”.