Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Yaponiya Ukraynadakı müharibə ilə əlaqədar anti-Rusiya sanksiyaları çərçivəsində Kremlə əlavə 164 kateqoriyalı malın ixracına qadağa qoyacaq.

Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin bəyanatında deyilir.

Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, avtomobil mühərrikləri, üzən kranlar, üzən sualtı qazma və hasilat platformaları, termostatlar, ağac emalı maşınları və sair mallar daxildir.

Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü yasaqlanacaq.

Mənbə: TASS