Gürcüstanda günəbaxan yağı ucuzlaşacaq

Oktyabr ayından etibarən Rusiya günəbaxan yağının ixrac vergisini sıfıra endirəcək.

Bu barədə Rusiya Federasiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirlir.

Qeyd olunub ki, hazırda günəbaxan yağının ixrac vergisi bir ton üçün 8621,3 rubl (148 dollar) təşkil edir. Vergilərin azaldılması istinad qiymətlərinin aşağı salınması ilə əlaqələndirilir.

İdxalçılar İttifaqının sədri İva Cğonianın sözlərinə görə, bu addım oktyabr ayından etibarən Gürcüstanda yağın qiymətinin minimum 5% aşağı düşməsinə səbəb olacaq:

"Gürcüatan bazarında yağın qiymətinin aşağı enməsi artıq hiss edilməkdədir. Faktiki olaraq yağ gündəlik ucuzlaşmaqdadır. Buna səbəb Rusiyada məhsuldarlığın yüksək səviyyəsi, həmçinin Ukrayna limanlarının və digər yolların açılmasıdır. Rusiyanın gömrük ödənişlərini aşağı çəkməsi ölkəmizdə yağın qiymətini minimum 5% aşağı salacaq". - deyə İ.Cğonia bildirib.

Qeyd edək ki, Gürcüstana günəbaxan yağı əsasən Rusiyadan gətirilir. Bu ilin yanvar-avqust aylarında ölkəyə daxil olan günəbaxan yağının 80%-dən çoxu məhz bu ölkənin payına düşüb. Ümumilikdə, cari ilin 8 ayında Gürcüstan 24 445 milyon dollar (12 991 ton) dəyərində günəbaxan yağı idxal edib ki, bunun da 19 272 milyon dollar (10 594 ton) dəyərindəki qismi Rusiyadan gətirilib. İkinci sırada 3 milyon 90 milyon dollarla (1545 ton) Azərbaycan, üçüncü sırada isə 683,7 min dollarla (387 ton) Ukrayna qərarlaşıb.