ABŞ-də ZƏLZƏLƏ: Nyu-Yorkda hiss edildi

ABŞ-nin Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Livan ərazisindən 5,5 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 1 km dərinlikdə olub.

Yeraltı təkanlar Nyu-Yorkda hiss olunub.

Mənbə: TASS