Tatarıstanın başçısı dron zərbələrindən sonra: ‘Ayılın, sizi heç kim qorumayacaq’

Tatarıstan Respublikasının başçısı Rustam Minnixanov aprelin 2-də Yelabuqa və Nijnekamska endirilmiş dron zərbələri barədə açıqlama verib.
O müəssisə rəhbərlərini hava hücumundan müdafiə sisteminə arxayın olmamağa və “müstəqil şəkildə müdafiə olunmağa” çağırıb:
“Raketdən müdafiə sistemlərinin işə düşəcəyini oturub gözləməyin. Bu sistemlərin başqa vəzifələri var. Biz bu problemi özümüz həll etməliyik. Hər bir şəhər, bələdiyyə və müəssisə öz müdafiəsini özü təşkil etməlidir”.
Minnixanov bunun necə edilmıəli olduğunu deməyib.
Tatarıstan başçısı eyni zamanda həm xristianlara, həm də müsəlmanlara müraciətlə deyib ki, bugünlərdə “Allah öz işarəsini” verib: "Ayılın uşaqlar, sizi heç kim qorumayacaq”.
Minnixanov respublikanın fövqəladə hallar xidmətlərinin yüksək hazırlıq vəziyyətinə gətirilməsinə çağırıb.
Başçı deyib ki, Yelabuqadakı “Alabuqu Politex” və Nijnekamskdakı TANEKO neft emalı zavoduna hücum Tatarıstanın “ən zəif yerlərini” aşkara çıxarıb və “düşmən bunu hiss edir”.
Aprelin 2-də baş vermiş dron zərbələri Ukraynada müharibə başlanandan bəri Tatarıstan ərazisinə ilk hücum olub. Tatarıstan Rusiya-Ukrayna sərhədindən təxminən min kilometr məsafədə yerləşir.
Bu hücum nəticəsində 2022-ci ildə Alabuqa Politex tələbələri və xüsusi iqtisadi zonanın işçiləri üçün tikilmiş yataqxanalar kompleksinə ciddi ziyan dəyib.
Jurnalistlərin məlumatına görə dron zərbəsinə məruz qalmış yataqxana İranın Şahed dronlarının yığılması üçün tikilmiş sexin 300-400 metrliyindədir.
Burada Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran dronları Geran-2 adı ilə yığılır.
Hücum nəticəsində 14 nəfərin xəsarət aldığı, onlardan 8 nəfərinin xəstəxanada olduğu bildirilir.
Xəsarət alanların arasında doqquz ölkənin – Rusiyanın, Qırğızıstanın, Şri Lankanın, Zimbabvenin, Ruandanın, Konqonun, Keniyanın, Nigeriya və Cənubi Sudanın vətəndaşları var.
Ukrayna mediası bildirir ki, Tatarıstana dron zərbələri əməliyyatın Ukrayna hərbi kəşfiyyatı və Ukrayna silahlı qüvvələri həyata keçirib.
Bunlardan bəzilərində istehsal avadanlığı sıradan çıxarılıb.