Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Haaqada keçirilən aksiyada saxlanılan eko-fəal Qreta Tunberqlə bağlı bəyanat yayıb.

Bəyanatın mətnində qeyd olunur ki, Azərbaycan 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a evə sahibliyi edəcək dövlət kimi dinc nümayiş zamanı saxlanılan eko-fəala görə narahatlığını ifadə edir.

“Biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq” , - deyə Azərbaycan XİN-nin yaydığı bəyanatda qeyd olunur.