Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünür

“Düşənbə Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsinə baxır”.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib.

O qeyd edib ki, Türkiyə viza rejiminin tətbiqi ilə bağlı Tacikistanı xəbərdar etməyib.

“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir”, - Səmədi bildirib.

Qeyd edək ki, Türkiyə Tacikistan vətəndaşlarına vizasız ölkəyə girişi qadağan edib. Bu barədə fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərarın səbəbləri açıqlanmayıb.

Mənbə: RİA Novosti