KOS-a dəstək layihəsinin icrasına başlanıldı

 


“Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilıən “Regionlarda Kiçik və Orta Sahibkarların problemlərinin analizi və inkişafa dəstək tədbirlərinin təşkili” layihəsinin icrasına başlanmışdır.
Layihə əsas məqsədi ölkədə KOS-un inkişafı ilə əlaqədar strateji inkişafa nail olmaq üçün müvafiq imkanlardan maksimum istifadəni təmin etməklə tədqiqtlar aparmaq, problemləri aşkarlamaq və dövlət orqanlarının diqqətinə çatdırmaqdır.
Eyni zamanda bu layihə maarifləndirmə tədbirləri həyata keçirməklə regionlarda fəaliyyət göstərən KOS-ların inkişafına dəstək məqsədi daşıyır.
Əsas vəzifə regionlarda KOS-ların bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.O cümlədən qarşıya qoyulan əsas vəzifələr, regionlarda sahibkarlar arasinda ehtiyacları öyrənmək, müvafiq dövlət orqanlarının iştirakı ilə birgə əməkdaşlığa nail olmaqla yerli KOS-lar arasında məlumatlandırma xarakterli seminarlar həyata keçirməklə inkişafa nail olmaqdır.
Əsas hədəf vəzifə isə aparılan tədqiqatların nəticələrinə uygun hazırlanan təkifləri icra və qanunverici orqana təqdim etməkdir.
Layihə Biləsuvar,Cəlilabad,Saatlı və Sabirabad rayonlarında həyata keçiriləcəkdir.

 

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin mətbuat xidməti