Bu ilin ilk Günəş tutulması başlayıb - YENİLƏNİB
Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, bu hadisə tam Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.
Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.
10:20
Bu gün Yer kürəsinin sakinləri nadir təbiət hadisəsini - tam Günəş tutulmasını müşahidə edə biləcəklər.
Tutulma pik nöqtəsinə Meksikada çatacaq. Orada Günəş diskinin qaralmasını təxminən 4,5 dəqiqə izləyə biləcəklər.
“Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi müşahidə olunacaq, 1,029-a bərabər və ümumi fazanın müddəti dörd dəqiqə 28 saniyə olacaq”, - deyə məlumatda bildirilir.
Meksikadan başqa, fenomen Şimali Amerikada, Atlantik və Sakit okeanlardakı bəzi adalarda görünəcək. Bu tutulma “Amerika” tutulması adlanır və tutulmanın müxtəlif mərhələləri bütün ABŞ-də görünəcək.
Mənbə: İz.ru