Texas Milli Hərəkatının rəhbəri: “ABŞ parçalana bilər”
“Əgər 25 ştat öz müstəqilliyini elan edərsə, ABŞ parçalana bilər”.
Bunu Texas Milli Hərəkatının rəhbəri Daniel Miller “YouGov” sosioloji xidmətinin sorğularının nəticələrini şərh edərkən deyib.
Siyasətçi aydınlaşdırıb ki, Kaliforniya dinc yolla ABŞ ilə dostluq münasibətləri olan müstəqil ölkəyə çevrilsə, daha yaxşı olar.
Miller əlavə edib ki, bu cür sorğular separatizmə faktiki dəstək səviyyəsini olduğundan daha aşağı göstərir, çünki həmin şirkətlər ayrılma mövzusunda sorğuları necə keçirməli olduqlarını bilmirlər.
Mənbə: m24.ru