Rusiyada tikinti şirkətinin direktorundan maraqlı açıqlama: Orskda su bəndini gəmiricilər dağıdıb? - VİDEO
“Rusiyanın Orsk şəhərinin su altında qalmasına səbəb olan suayırıcı bəndi gəmiricilər tərəfindən deşilərək dağıdılmış ola bilər”.
Bu sözləri “Birinci Kanal”ın canlı efirində bəndin tikintisində iştirak edən “Spesstroy” şirkətinin direktoru Sergey Komarov deyib.
Komarovun sözlərinə görə, bəndin dağılması ilə bağlı onun ilkin olaraq iki mümkün versiyası olub: insan amili və gəmiricilər.
“Lakin dağılmış hissənin əks olunduğu kadrlara baxdıqdan sonra insan amili aradan qalxdı. Və yalnız bir amil qaldı: bu bəndi deşərək oya biləcək gəmiricilər. Belə ki, suyun bənddən daşması üçün bu dəlik belə kifayət edərdi”, - deyə o bildirib.
Qeyd edək ki, “Birinci Kanal”ın aparıcılarının bu versiyaya reaksiyaları maraq doğurub.
Mənbə: RTVI “Telegram”