Fransa səfirindən paylaşım: “Paris hamının arzusunda olduğu hərbi texnikanı Ermənistana verir” - FOTO
“Paris “hamının əldə etmək istədiyi” hərbi texnikanı İrəvana tədarük edir”.
Bu sözləri Fransa səfiri Olivye Dekotinyi “X” hesabında etdiyi paylaşımda deyib.
O, aydın şəkildə Fransanın Ermənistanı silahlandırdığını açıqlayıb.
“Fransada hər kəsin olduqca çox əldə etmək istədiyi hərbi texnika var. Fransa isə onu Ermənistana tədarük edir”, - deyə səfir qeyd edib.
Səfir, həmçinin “Politico” nəşrinin “Fransada hər kəsin çox istədiyi hərbi antidron radarları var” başlıqlı məqaləyə keçidi də paylaşımına əlavə edib.
France has a military gear everyone’s desperate to get - and France is providing it to Armenia! https://t.co/4khYQUEvjp
— Olivier Decottignies (@O_Decottignies) April 9, 2024