İsveçrənin şokolad istehsalçısı Rusiya bazarını tərk edir

İsveçrənin şokolad istehsalçısı olan “Lindt & Spruengli” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. Xatırladaq ki, martın 9-dan istehsalçı Rusiyaya tədarükü  dayandırıb.

Limon10.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Şirkət açıqlamasında “Rusiya işçilərini dəstəkləyəcəyini və yerli qanun və qaydalara uyğun hərəkət edəcəyini” vurğulayıb. “Lindt”in öz məlumatlarına görə, onun Avropa və ABŞ-da 11 fabriki var. Şirkətdə 14 mindən çox işçi çalışır.