Rusiyada terror aktları törətməyi planlaşdıran silahlı şəxslər məhv ediliblər - YENİLƏNİB + VİDEO
Nalçikdə keçirilən antiterror əməliyyatı zamanı iki silahlı məhv edilib.
Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, quldur dəstəsinin üzvləri beynəlxalq terror təşkilatının tərkibinə daxil olublar. Onlar Kabardin-Balkar Respublikası ərazisində bir sıra diversiya və terror aktları törətməyi planlaşdırıblar.
Qurum əməliyyatın görüntülərini paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: TASS
11:36
Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə Rusiya təhlükəsizlik qüvvələri ilə bir qrup yaraqlı arasında döyüş gedir. Bununla əlaqədar Nalçikdə və Çerekski rayonunda səhər saatlarında antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu barədə Rusiya Milli Antiterror Komitəsi xəbər yayıb.
Məlumata görə, Nalçikdə quldur dəstəsi ilə toqquşma səhər saat 5 radələrində baş verib - Rusiya Qvardiyasının zirehli maşını atəşə tutulub.
İlkin ehtimallara görə, quldur dəstəsinə 12-yə qədər yaraqlı daxildir. Onlar silahı yerə qoyub hakimiyyətə təslim olmaq təklifinə cavab olaraq asayiş keşikçilərinə atəş açıblar.
Təhlükəsizlik qüvvələri əməliyyatın görüntülərini paylaşıblar.
Mənbə: RT