Sahibkarların nəzərinə!
Biznes subyektləri Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərini əldə etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
▪️ Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
▪️ 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
▪️ “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
▪️ VÖEN-in surəti;
▪️ Şəxsiyyət vəsiqəsinin surəti;
▪️ Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.
Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.