Yenə qazi intiharı, yenə əsgər ölümü...
"Gənc Qazilər" İctimai Birliyinin Samux rayon Filialının sədri qazi Təbriz Abdullayevin özünü Samux icra hakimiyyətinin binası önündə yandırdığı bildirilir. Vəziyyəti yaxşı deyil, deyilənə görə bədəninin 60%-i yanıb. Səbəb isə 1 ildir icradan torpaq sahəsinin verilməməsidir.
Müdafiə Nazirliyi isə MAXE əsgər Mirzoev Elmar Elçin oğlunun əsgər yoldaşının odlu silahından açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etdiyini açıqlayıb. DSX isə dünən başqa bir əsgər Mirkamal Vüqar oğlu Cabbarovun hərbi hospitalda müalicədə olarkən xəstəlikdən vəfat etdiyini bildirib.