"Bakı separatçılarla birbaşa danışıqlar aparmalıdır"(?) - Ruben Rubinyan
Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan bəyan edib ki, Bakı separatçılarla birbaşa danışıqlar aparmalıdır.
“Bizə elə həll yolu lazımdır ki, davamlı sülhü, Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təmin etsin. Hökumət bu istiqamətdə hərəkət edir və belə bir həllə nail olmaq üçün hər şeyi etməyə hazırdır. Amma, məsələn, görürəm ki, kapitulyasiya sözü çox səslənir, o cümlədən keçmiş prezidentlərin debatları kontekstində. Mən bu sözün təkcə 9 noyabr bəyanatı kontekstində deyil, ümumiyyətlə, hər hansı qərar kontekstində işlədilməsi ilə qəti razı deyiləm. 9 noyabr sənədi, bəli, sərt şərtlərlə barışıq idi. Lakin bu, təslim deyildi və Ermənistan Respublikası heç vaxt təslim olmaqdan danışmayacaq. Ermənistan Respublikası nəyin bahasına olursa olsun həm suverenliyini, həm də ərazi bütövlüyünü qoruyacaq. "Artsax xalqı"nın təhlükəsizliyi və hüquqları məsələsi həll edilməlidir. Əgər sülh müqaviləsinin məqsədi davamlı sülh yaratmaqdırsa, bu o deməkdir ki, onun bütün komponentləri üçün adekvat təminatlar olmalıdır. İnanırıq ki, "Artsax" və Azərbaycan nümayəndələri arasında danışıqların aparılması məntiqli olardı”.
Qeyd edək ki, Azərbaycan hökuməti heç vaxt seperatçı və terrorçu qruplaşmlarını tərəf kimi tanıyaraq, onlarla danışıqlar masasına oturmaq fikrində deyil. İkinci bir tərəfdən, 20-25 minlik etnik qrup Azərbaycanın sərhədləri daxilində olan digər etnik qruplardan heç nə ilə fərqləndirilə bilməz.