Tacikistana getmət istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR
Tacikistan aprelin 20-dən sadə Türkiyə xarici pasportuna malik şəxslər üçün viza rejimi tətbiq edəcək.
Türkiyə vətəndaşları respublikaya səfər etmək üçün Tacikistanın xaricdəki səfirlik və konsulluqlarında viza ala biləcəklər.
Bu tədbir Türkiyə hakimiyyətinin aprelin 6-da Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına cavab olub. Əvvəllər onlar respublikaya vizasız daxil olub, adi xarici pasportla bir aya qədər, xidməti və diplomatik pasportla isə 90 günə qədər orada qala bilirdilər. Aprelin 20-dən Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq edəcək.
Bu qərarın səbəbi açıqlanmayıb. Lakin Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktında dörd Tacikistan vətəndaşının əli ola biləcəyi məlum olduqdan sonra Türkiyə tərəfindən vizasız rejim ləğv edilib.
Mənbə: vedemosti.ru