ABŞ-də Ukrayna üçün mərmi istehsal edən zavodda yanğın olub

ABŞ-nin Pensilvaniya ştatının Skranton şəhərində hərbi zavodda yanğın olub.

Məlumata görə, heç kim xəsarət almayıb.

Qeyd olunur ki, Skrantondakı zavod Ukraynaya göndərmək məqsədilə mərmi istehsal etmək üçün modernləşdirilib. Burada 155 mm-lik mərmilər hazırlanır.

Ukraynada 2022-ci ildə müharibə başlamamışdan öncə zavodda yeddi min artilleriya mərmisi hazırlanırdı. 2027-ci ilə qədər isthsalı ayda 35 min ədədə qədər artırmaq planlaşdırılır.

Mənbə: RİA Novosti