BNA rəhbərl daşıyıcı şirkətlərin gəlirlərindən 5% çırpışdırır
Bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə müraciət ünvanladı. Mətbuatda həmin müraciət elə qələmə verildi ki, guya daşıyıcı şirkətlər xərclərinin artması səbəbindən gediş haqlarının artırılmasını istəyir. Müraciətin ünvanı da düzgün göstərilməmişdi - sahibkarlar dövlət başçısına müraciət ediyi halda, müraciətin ünvanı kimi Tarif (Qiymət) Şurası göstərilmişdi. Müraciətdə konkret olaraq sahibkarlar bildiridilər ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakuKart”a ödəyirlər.
Sahibkarlar müraciətində bildiriblər ki, bu təxminən ildə 3 milyona yaxın vəsait təskil edir. Onlar "BakuKart"ın xidmətinə görə faizin çox yüksək olduğundan şikayətlənir və bu faizin azaldılmasını xahiş edirdilər.
Yeniavaz.com-un araşdırması zamanı məlum olub ki, gediş haqqından guya "BakuKart"a çatacaq 5%-i tutan operator şirkət “K Group” MMC-dir. Bəs bu MMC kimə məxsusdur?
Əlbəttə, bu şırkət sirrli bir şəxsə məxsusdur. “K Group” şirkətinin qeydiyyatdan keçdiyi ünvanda "GMSA" MMC adlı daha bir şirkət də qeydiyyatdan keçib.
Bu şirkətlərin sahibi isə BNA-nın rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimlidir. Nə xoş və maraqlı təsadüfdür, deyilmi? Sahibkarlardan kart xidmətlərinə görə kifayət qədər yüksək faizli məbləğ tutulur və bu məbləğı isə birbaşa xidmət göstərən şirkətin ("BakuKart") hesabına deyil, BNA-nın rəhbərinə məxsus olan "K Grouo" MMC-nin hesabına ötrülür.
Bu da o deməkdir ki, “BakuKart” adı ilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, vəsait BNA rəhbərinə məxsus olan şirkətin büdcəsinə daxil olur. Deməli, sahibkarların gəlirindən tutulan 5%-in bir hissəsi və ya hamısı BNA rəhbərliyinə çatir.
Köhnələr milyonları birbaşa, aşkar oğurlayırdı, yeni gələnlər isə daha inovativ dolayı yollarla düşünüb tapır. Bundan gözəl islahat olar?