“Hörümçək adam”ın adından dələduzluq edildi - FOTO
Hakerlər “Hörümçək adam” rolu ilə tanınan Hollivud aktyoru Tom Hollandın səhifəsini sındırıblar.
Fırıldaqçılar onun adından saxta kriptovalyuta reklam edib və səhifədə fişinq linkləri yerləşdiriblər.
Aktyorun “X” sosial şəbəkəsindəki səhifəsində (keçmiş “Twitter”) Tom Hollandın ən böyük kriptovalyuta birjası “Binance” ilə tərəfdaşlıq müqaviləsinin elan edildiyi bir sıra materiallar dərc olunub. Burada fırıldaqçılar “Spiderverse” adlı qeyri-işlək tokenlər kolleksiyasının satışa çıxarıldığını yazıblar və hər kəsə perspektivli token almaq imkanı təklif edən resursa keçid yerləşdirdilər.
Qeyd olunur ki, Tom Holland öz səhifəsinə girişi bərpa edə bildiyi üçün yazı tezliklə silinib. Aktyorun neçə pərəstişkarının fırıldaqçıların qurbanı olduğu dəqiqləşdirilməyib.
Mənbə: gazeta.ru