Edmon Marukyan üzüldü
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın tvitində erməni hərbçilərinin Azərbaycan əsgərlərinə qarşı vəhşiliklərini əks etdirən videolara baxdığını bildirməsindən çox üzülüb.
Marukyan bəyan edib ki, guya 44 günlük müharibə zamanı sosial şəbəkələrdə yayılan erməni hərbi cinayətlərinin əks etdirən bütün videoları saxtadır.
Əslində Marukyan erməni hərbçilərinin törətdiyi bu cinayət faktları üzrə erməni tərəfinin cinayət işi açmaq niyyətində olmadığı tezisini təsdiqləyir.