Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

İlk üç turda maksimum nəticə göstərən Ülviyyə Fətəliyeva ardıcıl 4-cü qələbəsini qazanıb. O bununla da çempionatın liderliyini ələ keçirib.

Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə dörd qələbə, beş heç-heçə və bir məğlubiyyətlə tamamlayıblar.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar

IV tur, 22 aprel

Ülviyyə Fətəliyeva - Martina Vikar (Polşa) - 1:0;

Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə - 1:0;

Gövhər Beydullayeva - Anastasiya Raxmanqulova (Ukrayna) - 1:0;

Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva - 0,5:0,5;

Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva - 0,5:0,5;

Səbina İbrahimova - Ann Mathadze Bujiaşvili (Gürcüstan) - 0,5:0,5;

Gülnar Məmmədova - Emiliya Dik-Sala (Avstriya) - 1:0;

Səbina Rzalı - Miruna-Daria Lehaçi (Rumıniya) - 1:0;

Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva - 0,5:0,5;

Şlomit Vardi (İsrail) - Nərmin Abdinova - 0,5:0,5.

Xal durumu: 1. Ülviyyə Fətəliyeva - 4; 10. Gövhər Beydullayeva - 3,5; 36. Gülnar Məmmədova - 3; 40. Günay Məmmədzadə - 2,5; 43. Xanım Balacayeva - 2,5; 58. Səbinə Rzalı - 2,5; 66. Ayan Allahverdiyeva - 2,5; 71. Səbinə İbrahimova - 2,5; 125. Nərmin Abdinova - 1,5; 131. Ləman Hacıyeva - 1,5.