Qeyd edək ki, bir neçə gün bundan öncə İmişli RİH-nin başçısı Elçin Rzayev, rayonun bəzi kəndlərində səyyar-qəbul görüşlər keçirir. Elə ki, icra başçısı Muradxanlı kəndində olur, o halda kənd sakinlər çox ciddi su problemi ilə üzüzə qaldıqlarını və buna görə də susuzluqdan olduqca əziyyət çəkdiklərini rəhbərliyin diqqətinə çatdırıırlar. Sakinlər bildirdikləri şikayətlərində “Elə şəxslər var ki, onlar Muradxanlı kəndində torpaq sahələri alıb təsərrüfatla məşğul olurlar və həmin şəxslərin su ilə təmin olunmaları da ödənilir. Uzun illər ərzində bu kənddə yaşayan yerli sakinlər isə, bu gün də susuzluqdan əziyyət çəkirlər” deyə qeyd edirlər. Elə ki, günlər keçir və kənd sakinləri görürlər ki, onların etdikləri şikayətlə bağlı heç bir tədbir görən yoxdur. Belə olan halda sakinlər RİH başçısının qəbulunda olmaq və bir daha narazılıqlarını icra başçısı Elçin Rzayevin diqqətinə çatdırmaq qərarına gəlirlər. Təəssüf doğuran hal o olur ki, həmin vaxt rayon rəhbərliyi sakinləri qəbul edib dinləmək, yaxud da onların üzüzə qaldıqları problemin həllinə dəstək göstərmək əvəzinə, qəbula gələn və su çatışmazlığından əziyyət çəkən sakinlərin həbs olunmaları ilə bağlı tapşırığını verir. Bu da onu göstərir ki, Elçin Rzayev sakinlərin problemlərinə əhəmiyyət vermir və onları saya da salmır. Bir sözlə, bu şəxs sakinlərə qarşı qənim kəsilir. Redaksiyamıza daxil olan məlumatlara görə, indiyə kimi rayon sakinlərindən bir çoxu İmişli RİH-nin başçısının “əndazəni aşan” addımları ilə üzüzə qalıblar. O halda sual oluna bilər ki, nəyə görə Elçin Rzayev bugünkü vəzifəsinə təyin olunub? Məgər bu şəxs sakinlərə məxsus problemlərin həlli ilə, yoxsa onları “dama soxdurmaq”la məşğul olmalıdır? Deməli, RİH-nin başçısı özünü İmişlinin “əlçatmaz, ünyetməz firon”u hesab edir ki, bu gün o, belə bir addımlarını atır. O halda sual oluna bilər ki, bu şəxs icra başçısı vəzifəsinə təyin olunarkən möhtərəm Prezidentin ona verdiyi tapşırıqlar əhəmiyyətini itirdimi? Yoxsa, İmişlidə dərəbəylikdir? Yəqin ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələrə əməl etməyən Elçin Rzayevlə bağlı yaxın vaxtlarda lazımi addınmlar atılacaq. O halda hər kəs şahidi olacaq ki, İmişli RİH-nin başçısı sələfinin aqibətini yaşamalı olan şəxsdir. Nəysə, yaşayarıq, görərik! Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.