Xocavənddə kütləvi məzarlıq aşkarlanıb - VİDEO

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlandığı bildirilir.

Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir.

Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.